VTB Kubok Azərbaycan Turniri

4,5 və 6 iyun tarixlərində “Baku Sportinq” uşaq futbol klubunun təşəbbüsü ilə həyata keçirilən “Bank VTB Azərbaycan” kuboku adlı turniri baş tutmuşdur. Gələcək nəslin inkişafını dəstəkləyən bir bank olaraq, Bank VTB Azərbaycan, bu turnirə Baş Sponsor olaraq dəstək vermişdir.  Yarışın açılış mərasimində “Bank VTB Azərbaycan” ASC-nin İdarə Heyətinin üzvü Yasin Cəlilov çıxış etmişdir. Öz çıxışında o, “Baku Sportinq” futbol klubuna və rəhbərlərinə bu cür geniş miqyaslı tədbirin təşkilatına görə dərin minnətdarlığını və əməkdaşlıqlarının daim uğurla davam edəcəyini bildirdi.

U-10 Liqasında mübarizə aparan 6 komandanın iştirak etdiyi turnir 3 gün davam etmişdir. Açılış mərasiminin rəsmi və bədii hissələri başa çatdıqdan sonra püşkatma mərasimi keçirilib. Buna əsasən, komandalar 2 qrupa bölünərək, A qrupunda-“Baku Sportinq”, “Zirə”, “Qəbələ” B qrupunda isə “Sabah”, “Tekin”,”Sumqayıt” komandaları iştirak etmişdir. Turnirin final görüşü və bağlanış mərasimi isə iyun ayının 6-da keçirilib. Turnirdə yer tutan qalib komanda kubok və medallarla mükafatlandırılıb. Bağlanış mərasimində “Bank VTB Azərbaycan”ASC-nin İdarə Heyətinin üzvü Evgeniy Borodin çıxış edərək, bu ifadələri bildirmişdir: “Belə bir möhtəşəm tədbirdə – Bank VTB Azərbaycan kubokunun futbol turnirində iştirak etdiyimizə görə çox şadıq. Turnirin baş sponsoru olan Bank VTB ailəsi olaraq, əsas məqsədimiz uşaqlar arasında futbola olan marağı artırmaq və onlara hər zaman dəstək olduğumuzu göstərməkdir. Çünki,onlar bizim gələcəyimizdir! Qalib “Sumqayıt” komandasını və digər gənc futbolçularımızı təbrik edir, onlara bol nəaliyyətlər arzu edirik!”

4,5 və 6 iyun tarixlərində “Baku Sportinq” uşaq futbol klubunun təşəbbüsü ilə həyata keçirilən “Bank VTB Azərbaycan” kuboku adlı turniri baş tutmuşdur. Gələcək nəslin inkişafını dəstəkləyən bir bank olaraq, Bank VTB Azərbaycan, bu turnirə Baş Sponsor olaraq dəstək vermişdir.  Yarışın açılış mərasimində “Bank VTB Azərbaycan” ASC-nin İdarə Heyətinin üzvü Yasin Cəlilov çıxış etmişdir. Öz çıxışında o, “Baku Sportinq” futbol klubuna və rəhbərlərinə bu cür geniş miqyaslı tədbirin təşkilatına görə dərin minnətdarlığını və əməkdaşlıqlarının daim uğurla davam edəcəyini bildirdi.

U-10 Liqasında mübarizə aparan 6 komandanın iştirak etdiyi turnir 3 gün davam etmişdir. Açılış mərasiminin rəsmi və bədii hissələri başa çatdıqdan sonra püşkatma mərasimi keçirilib. Buna əsasən, komandalar 2 qrupa bölünərək, A qrupunda-“Baku Sportinq”, “Zirə”, “Qəbələ” B qrupunda isə “Sabah”, “Tekin”,”Sumqayıt” komandaları iştirak etmişdir. Turnirin final görüşü və bağlanış mərasimi isə iyun ayının 6-da keçirilib. Turnirdə yer tutan qalib komanda kubok və medallarla mükafatlandırılıb. Bağlanış mərasimində “Bank VTB Azərbaycan”ASC-nin İdarə Heyətinin üzvü Evgeniy Borodin çıxış edərək, bu ifadələri bildirmişdir: “Belə bir möhtəşəm tədbirdə – Bank VTB Azərbaycan kubokunun futbol turnirində iştirak etdiyimizə görə çox şadıq. Turnirin baş sponsoru olan Bank VTB ailəsi olaraq, əsas məqsədimiz uşaqlar arasında futbola olan marağı artırmaq və onlara hər zaman dəstək olduğumuzu göstərməkdir. Çünki,onlar bizim gələcəyimizdir!” Qalib “Sumqayıt” komandasını və digər gənc futbolçularımızı təbrik edir, onlara bol nəaliyyətlər arzu edirik!