28 oktyabr tarixində Baku Sporting uşaq futbol klubunun U10 və U12 komandaları meydançaya çıxacaqlar. Beləki, Ruslan-93 idman kompleksinin bazasında baş tutacaq yoldaşlıq görüşlərində, U10 komandamız Naxçıvanın eyni adlı təmsilçisini qəbul edəcək.

U12 komandamız isə, Azart futbol klubu ilə dostluq maçına çıxacaq. Keçirilən yoldaşlıq görüşləri Baku Sporting uşaq futbol klubunun gələn ay başlanması nəzərdə tutulan uşaq liqasına hazırlıq məqsədi daşıyır.

Oktyabr 26, 2020
Tags: , , ,