AFFA-nın Binə qəsəbə stadionu ilə bağlı planı təxirə salınıb.

Federasiya adıçəkilən arenanın süni örtüyün yeniləmək istəyirmiş.

Çünki bu məkanla bağlı çoxsaylı şikayətlər var.

Məşqçilər burada oyun keçirilməsini doğru hesab etmirlər.

Bir neçə ay əvvəl baş katib Sərxan Hacıyev yenilənmə ilə bağlı stadiondan istifadə edən klub rəsmilərinə hətta vəd də veribmiş.

Yenilənmə isə avqust ayında həyata keçməliymiş.

Lakin bu istək baş tutmayıb.

Buna səbəb Binə stadionundan çox sayda klubun ev meydançası kimi istifadə etməsidir.

Əgər arena təmirə bağlansa, klublar oyunların keçirilməsi ilə bağlı ciddi sıxıntı yaşaya bilər.

Çıxılmaz durumda qalan AFFA-nın gözləməkdən başqa yolu qalmayıb.

Oktyabr 2, 2023