Futbol üzrə Azərbaycan I Liqasında IV turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub. “Şahdağ Qusar” – “Cəbrayıl”, “Ağdaş” – “Lerik” matçlarında qalib müəyyənləşməyib. “Baku Sportinq” isə öz meydanında “Şəki Siti”ni məğlub edib.

“Şahdağ Qusar” – “Cəbrayıl” 0:0

“Baku Sportinq” – “Şəki Siti” 1:0

Qol: Məhəmməd Xəlilov, 74

“Ağdaş” – “Lerik” 0:0

Oktyabr 2, 2023