İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
I Liqa II tur
20.09.2023-cü il tarixində I Liqanın II turunun MOİK – “İmişli” görüşündə  MOİK klubunun 38 nömrəli futbolçusu Həsrət Mürsəlov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, MOİK klubu 50 manat cərimə edilir (maddə 36.5);

21.09.2023-cü il tarixində I Liqanın II turunun “Şamaxı” – “Araz Saatlı” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilir (maddə 37);

21.09.2023-cü il tarixində I Liqanın II turunun “Difai Ağsu” – “Zaqatala” oyununda “Difai Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Difai Ağsu” klubu 70 manat cərimə edilir (maddə 37);

21.09.2023-cü il tarixində I Liqanın II turunun “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilir (maddə 37);

21.09.2023-cü il tarixində I Liqanın II turunun “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” klubunun 60 nömrəli futbolçusu Elmin Bayramov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Mingəçevir” klubu 80 manat cərimə edilir (maddə 41);

21.09.2023-cü il tarixində I Liqanın II turunun “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda “Mingəçevir” klubunun 77 nömrəli futbolçusu Əsgər Hüseynov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Mingəçevir” klubu 80 manat cərimə edilir (maddə 41);

II Liqa III tur
18.09.2023-cü il tarixində II Liqanın III turunun “Lerik” – “Şəfa” görüşünün oyunöncəsi iclasında qonaq komanda iştirak etmədiyinə görə “Şəfa” klubu 80 manat cərimə edilir (maddə 73.1);

18.09.2023-cü il tarixində II Liqanın III turunun “Lerik” – “Şəfa” oyununa qonaq komanda gec gəldiyinə görə görüş gec başladığı üçün “Şəfa” klubu 100 manat cərimə edilir (maddə 91);

18.09.2023-cü il tarixində II Liqanın III turunun “Sheki City” – “Ağdaş” oyununda “Ağdaş” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Ağdaş” klubu 70 manat cərimə edilir (maddə 37);

18.09.2023-cü il tarixində II Liqanın III turunun “Sheki City” – “Ağdaş” oyununun 82-ci dəqiqəsində “Sheki City” klubunun 4 nömrəli futbolçusu Süleyman Rauflu ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Sheki City” klubu 50 manat cərimə edilir (maddə 36.5);

18.09.2023-cü il tarixində II Liqanın III turunun “Sheki City” – “Ağdaş” oyununda “Sheki City” klubu oyunun ilkin protokolunu elektron protokol sistemində gec təsdiq etdiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilir (maddə 91);

18.09.2023-cü il tarixində II Liqanın III turunun “Sheki City” – “Ağdaş” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilir (maddə 72.4);

18.09.2023-cü il tarixində II Liqanın III turunun “Sheki City” – “Ağdaş” oyunundan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sheki City” klubu 80 manat cərimə edilir (maddə 51.2);

19.09.2023-cü il tarixində II Liqanın III turunun “Füzuli” – “Qusar” oyununda “Qusar” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qusar” klubu 70 manat cərimə edilir (maddə 37);

19.09.2023-cü il tarixində II Liqanın III turunun “Baku Sportinq” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sahdağ Qusar” klubu 70 manat cərimə edilir (maddə 37);
19.09.2023-cü il tarixində II Liqanın III turunun “Baku Sportinq” – “Şahdağ Qusar” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Baku Sportinq” klubu 80 manat cərimə edilir (maddə 51.2);
19.09.2023-cü il tarixində II Liqanın III turunun “Baku Sportinq” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” klubu oyunun ilkin protokolunu elektron protokol sistemində gec təsdiq etdiyinə görə “Şahdağ Qusar” klubu 100 manat cərimə edilir (maddə 91);

19.09.2023-cü il tarixində II Liqanın III turunun “Şəmkir” – “Dinamo” oyununun 59-cu dəqiqəsində “Şəmkir” klubunun heyətində adı oyunun rəsmi protokolunda olmayan 30 nömrəli futbolçu Kərəm Əhmədli meydançaya daxil olduğuna görə “Şəmkir” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “Şəmkir” klubu 400 manat cərimə edilir (maddə 61.6);

19.09.2023-cü il tarixində II Liqanın III turunun “Göygöl” – “Kür-Araz” oyununda “Kür-Araz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Kür-Araz” klubu 70 manat cərimə edilir (maddə 37);

19.09.2023-cü il tarixində II Liqanın III turunun “Göygöl” – “Kür-Araz” oyununda “Kür-Araz” klubunun 6 nömrəli futbolçusu Ağasən Əsgərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kür-Araz” klubu 80 manat cərimə edilir (maddə 41);

19.09.2023-cü il tarixində II Liqanın III turunun “Göygöl” – “Kür-Araz” oyununda “Kür-Araz” klubunun 1 nömrəli futbolçusu Əzəmət Müseyibov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kür-Araz” klubu 80 manat cərimə edilir (maddə 41);

19.09.2023-cü il tarixində II Liqanın III turunun “Göygöl” – “Kür-Araz” oyununda “Göygöl” klubu oyunun ilkin protokolunu elektron protokol sistemində gec təsdiq etdiyinə görə “Göygöl” klubu 100 manat cərimə edilir (maddə 91).
Sentyabr 26, 2023