«Ağdaş» II Liqada ikinci oyuna çıxıb.

Rayon təmsilçisi doğma publika önündə «Baku Sportinq»lə üz-üzə gəlib.

Qonaqlar rayondan 4:2 hesablı qələbəylə ayrılıb. Onların heyətində Röyal Nəcəfov dubla imza atıb.

«Baku Sportinq»dən Ülvi Quliyevlə Qərib İbrahimov hərəyə bir dəfə fərqlənib. Ev sahiblərindən isə Taryel Zeynalov iki qol vurub.

Ağdaşlı hücumçunun xüsusən ilk qolu baxımlı alınıb. O, cinah asmasını başla rəqib qapısından keçirib.

Ağdaş şəhər stadionunda təşkil olunan qarşılaşmanı 2000 nəfərə qədər azarkeş izləyib. Bu da istər-istəməz meydandakı mübarizəyə təsir edib.

Sentyabr 13, 2023