
Komandamız növbəti transferini rəsmiləşdirdi!
Mərkəz müdafiəçisi Tofiq Bayramov klubumuzun heyətinə qoşuldu. Son olaraq “Qarabağ”ın əvəzedici komandasında çıxış edən futbolçu yeni mövsümdə “Baku Sportinq FK”nın uğurları üçün mübarizə aparacaq.
Tofiqə klubumuzda uğurlu çıxışlar, möhkəm can sağlığı və birlikdə çoxsaylı qələbələr arzulayırıq.
