
Sağ cinah müdafiəçisi Cabir Əmirli heyətimizə qoşuldu. Daha öncə “İnter Bakı”, “Keşlə”, “Sumqayıt”, “Neftçi”, “Səbail”, “Mingəçevir” kimi klublarda çıxış edən təcrübəli futbolçu artıq klubumuzun uğurları üçün çalışacaq. Cəbirə komandamızda uğurlu çıxışlar, möhkəm can sağlığı və birlikdə çoxsaylı qələbələr arzulayırıq.
