Bu gün II Liqada beşinci tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, çempionluğa iddialı «Cəbrayıl» Bakıda «Kür-Araz»ı qəbul edəcək.

Geridə qalan həftələrdə məğlubiyyətlə üzləşən «Şəmkir» doğma məkanda «Ağdaş»la üz-üzə gələcək.

«Lerik» isə Lənkəranda «Baku Sportinq»ə güc gəlməyə çalışacaq.

“Cəbrayıl” – “Kür-Araz”
Hakimlər: Tural Qurbanov, Orxan İbişov, Mirnihad Seyidov, Mahmud Bağırzadə
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Neftçi Futbol Mərkəzi ( IV meydança), 13:00

“Şəmkir” – “Ağdaş”
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Aydın Baxşıyev, Emin Abdullayev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Emin Cəfərov
Şəmkir OİK stadionu, 14:00

“Lerik” – “Baku Sportinq”
Hakimlər: Fərid Hacıyev, Kərim Zeynalov, Rasim Axundov, Murad Səlimov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Lənkəran OİK stadionu, 15:00

October 2, 2023