Azərbaycan II Liqasında IV turun oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.

Üç matça cəmi 1 qol vurulub. Bunadək şərikli lider olaraq yüzfazili nəticə göstərən “Sheki City” ilə “Cəbrayıl” ilk dəfə xal itirib. İndi məğlubiyyətsiz komanda yalnız Cavid Hüseynovun yetirmələridi. 

Tura sabah “Dinamo” – “Füzuli” görüşüylə yekun vurulacaq. 

II Liqa

IV tur

“Şahdağ Qusar” – “Cəbrayıl” – 0:0

Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu

“Baku Sportinq” – “Sheki City” – 1:0

Qol: Məhəmməd Xəlilov, 74

Bakı. Binə qəsəbə stadionu

“Ağdaş” – “Lerik” – 0:0

Qırmızı vərəqə: Tariyel Zeynalov, 77 (“Ağdaş”, 2-ci sarı)

Ağdaş. Şəhər stadionu

1. Cəbrayıl 4 3 1 0 11-6 10
2. Baku Sportinq 4 3 0 1 7-6 9
3. Sheki City 4 3 0 1 10-3 9
4. Lerik 4 2 1 1 10-6 7
5. Göygöl 4 2 1 1 12-9 7
6. Dinamo 3 2 0 1 8-3 6
7. Kür-Araz 4 2 0 2 12-11 6
8. Füzuli 3 2 0 1 6-5 6
9. Ağdaş 4 1 2 1 6-4 5
10. Şahdağ Qusar 4 1 2 1 6-5 5
11. Qusar 4 1 1 2 9-6 4
12. Şəfa 4 1 0 3 6-18 3
13. Kürmük Qax 4 0 0 4 6-16 0
14. Şəmkir 4 0 0 4 5-16 0

Bombardirlər: Ravil Yusifli (Sheki City), Vüqar Əşrəfli (Göygöl) – 6, Elvin Nəsibov (Cəbrayıl) – 5, Ülvi Quliyev (Baku Sportinq), Sərxan Ağayev (Qusar) – 5 qol.

Oktyabr 2, 2023