
Birinci Liqada 4-cü tur çərçivəsində “Qəbələ” keçirdiyimiz ev matçından sonra komandamızın baş məşqçisi Elman Sultanov oyunla bağlı fikirlərini bildirib: “Güclü rəqiblə oynayırdıq. “Qəbələ” Premyer Liqaya çıxmağa əsas iddialılarından biri, bəlkə də birincisidi. Oyunda iki qırmızı vərəqə aldıq, buna baxmayaraq nəsə etməyə çalışdıq, ola bilərki alınmadı. Alınmamasına səbəb isə 9 nəfərlə qalmağımız oldu. Onu deməliyəm ki, “Qəbələ” üçün çətin matç idi”.
Qeyd edək ki, bu komandamızın Buzovnada keçirdiyi ikinci qarşılaşmaydı.