Azərbaycan II Liqasında IV turun görüşləri davam edir.
İlk 3 turda qələbə qazanan “Şəki Siti” Binədə “Baku Sportinq”in qonağı olub.
Qarşılaşma ev sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb. Məhəmməd Xəlilov 74-cü dəqiqədə yeganə qolu vurub.
Buna qədər isə hər iki tərəfin fərqlənmək üçün xeyli imkanı olub. Qapıçılar dəfələrlə komandalarını qoldan xilas eləyib.
Təkcə “Baku Sportinq”un “1 nömrə”si Yusif Mamqayev 10-a yaxın seyvlə diqqət mərkəzinə düşüb.
Müdafiəçilərin çoxsaylı səhvlərini sığortalayan kiper sonda əsəblərinə hakim kəsilə bilməyib, aqressiv şəkildə yoldaşlarının üstünə qışqırdı.
4 turdan sonra hər iki komanda 9 xal toplayıb və turnir cədvəlinin 2-3-cü pillələrində qərarlaşıb.