Azərbaycan 1-ci liqasında 2-ci turun matçı baş tutub. Komandamız 26 ildən sonra ilk rəsmi matç keçirilən “Bakı Sportinq Arena”da MOİK-i qəbul edib. Xeyli sayda azarkeşin izlədiyi qarşılaşmada qol epizodlarını dəyərləndirə bilməyən komandalar meydanı sülhlə tərk ediblər.

“Baku Sportinq” – MOİK – 0:0
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Orxan İbişov, Nazim Abdullayev
“Baku Sportinq Arena”

Sentyabr 20, 2024