« BAKU SPORTİNG »” FK yaradılması və fəaliyyəti

“BAKU SPORTING ” futbol klubu 2018-ci ildə yaradılıb. Əsas məqsədimiz  Azərbaycan futbolunun inkişafına xidmət etmək, istedadlı gəncləri üzə çıxarmaq və rəqabətədavamlı yerli futbolçular yetişdirmək olan klubumuz bunun üçün təməli möhkəm “binanın” mərhələ-mərhələ ucalması üçün lazımi işlərə start verib.

Qısa müddət ərzində klubumuzun bayrağı və gerbi təsis edilib. “BAKU SPORTING ” in rəmzlərində Azərbaycanın dövlət ornamentləri əks etdirilib. Burada gənclərin təhsilə önəm verməsini irəli sürən xüsusi simvollardan da istifadə edilib.Yarandığı gündən etibarən klubumuzda aşağı yaş qrupları üzrə komandaların təsis edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilib.

MİSSİYAMIZ VƏ DƏYƏRLƏRİMİZ

“BAKU SPORTING ” FK in əsas missiyası Azərbaycanda sağlam nəsillərin yetişməsinə əhəmiyyətli töhfə vermək və ölkənin əhəmiyyətli təşkilat və idman tədbirlərindəki nəaliyyətlərini inkişaf etdirməkdir.

Bununla paralel olaraq, Azərbaycanda ən populyar idman növlərindən biri olan futbolda kiçikyaşlı istedadlı uşaqların üzə çıxarılması, onların geniş kütləyə tanıdılması, gələcəkdə peşəkar futbolçu kimi yetişməsi, milli dəyərlərimizi və ənənələrimizi əlində bayraq tutaraq, Vətənimizdə idmanın şahının inkişafına töhfə vermək əsas hədəflərimizdən biridir. Yuxarıda sadalananların yüksək səviyyədə və ustalıqla həyata keçirilməsi üçün lazım olan dəyərlərin formalaşması və irəliyə götürülməsi, həmçinin idmançının öncə nümunəvi vətəndaş olduğunu aşılamaq üçün öndə gələn dəyərlərin tədrisi və təbliği ən ümdə missiyalarımızdan biridir. Futbolçunun təkcə meydanda mübarizə aparan biri deyil, üstəlik vətəndaş cəmiyyəti üçün parlaq gələcəyə doğru addımlayan, öz davranışı və savadı ilə işıq saçan şəxs təbliğ etməkdir. Bizim əsas missiyamızdan biri yetkin şəxsiyyətlər və istedadlı futbolçular yetişdirməkdir.

Bizim məqsədimiz xalqın gələcəyi olan gənclərin sağlamlığı və rifahına xidmət etməyə, futbolçularımıza uğura gedən yolda yorulmadan dəstək olmağa hazır olan beynəlxalq səviyyəli təhsil və idman təlimçiləri, məşqçilər, idman menecerləri və fiziki tibb və reabilitasiya mütəxəssisləri hazırlamaqdır.

“BAKU SPORTING ” FK ın əsas dəyərləri  – bütövlük, komanda işi, cəmiyyətlə əməkdaşlıq, məsuliyyət və liderlikdir.

BAKU SPORTNQ FK _ HİMN
Musiqisi – Əməkdar Artist Səlim Abbasov
Sözləri : Elcan Rəsulov
Rep : İslam Mehrəliyev
Aranjiman : Anar Abbasov
Bek vocal : Anar Abbasov
Zurna : Aydın Yəhyayev
Balaban: Aydın Yəhyayev
Davul: Xəyal Abbasov
Saksafon :Vüqar Mövlan
Truba: Suleyman Əkbərov
Xor : “Baku Sportinq “ FK Futbolçuları

HİMNİN SÖZLƏRİ
Bənd 1
Parlaq gələcəyə İLHAMla gedirik,
Gücümüz birlikdə,əzmkar gənclərik,
Sən qələbə qazan, bizləri sevindir,
Biz sənin yanında, zəfərlər sənindir.
Nəqarət
Ürəkdə qələbə sevgisi doludur,
Uğurlu yolumuz, qələbə yoludur,
Azarkeşlər məğrur, sənlə qürur duyur,
Qapıya qol vurur, Baku Sportinq.
HİMNİN SÖZLƏRİ
Bənd 2
Üç rəngli bayrağın daim zirvələrdə,
Dalğalansın yenə Baku Sportinq,
Həm ev oyunları, həm də səfərlərdə,
İnanırıq sənə Baku Sportinq.
Nəqarət
Ürəkdə qələbə sevgisi doludur,
Uğurlu yolumuz, qələbə yoludur,
Azarkeşlər məğrur, sənlə qürur duyur,
Qapıya qol vurur, Baku Sportinq.